GREEN CITY RESORT & RESIDENCE

Azərbaycan, Bakı

/ HOME / Haqqimizda

HAQQIMIZDA

Green City Resort & Residence

Komfort, rahatlıq və təhlükəsiz şəraitdə yaşamaq, unudulmaz təəssüratlar, parlaq emosiyalar və hər cür maraqlı əyləncə ilə dolu xoş tətil keçirmək – bütün bunları Green City Resort & Residence-də asanlıqla tapa bilərsiniz!

Green City Resort & Residence kompleksi 30 hektar sahədə inşa edilmiş və 2010-cu ildə”FS”şirkətlər qrupu tərəfindən istismara verilmişdir, müxtəlif planlaşdırmalı və sinifli elit yaşayış sahələrini təklif edir.

Xəzərin sahilində, Bakının mərkəzindən bir neçə kilometr məsafədə yerləşən Green City Resort & Residence yaşayış və istirahət kompleksi – ümumilikdə Azərbaycanda bu cür formatda ən böyük müasir komplekslərdən biri olmaqla, mütləq rahatlığı və maksimum komfortu özündə cəmləşdirir.
Burada ideal həyat, xoş istirahət və maraqlı əyləncə üçün hər cür şərait yaradılıb – kompleksə otel, villalar, mənzillər, fitness və SPA mərkəzi, çimərlik, qapalı və açıq hovuzlar, akva park, kafe və restoranlar, mağazalar,dəniz gəzintisi və yaxtalar üçün liman və bir çox şeylər daxildir. Bütün bunlar həyatınızı, əyləncənizi və burada keçirdiyiniz istirahəti rahat, komfortlu, parlaq və yaddaqalan edəcək.
Green city həmdə qurmanlar və ləzzətli yeməyi sevən hər kəs üçün bir cənnətdir. Buradakı restoranlar, hətta ən tələbkar zövqə uyğun zəngin seçimə malikdir. Ada restoranında milli Azərbaycan mətbəxi və dəniz məhsullarınin xəzinəsidir, NuşƏt dəki ləzzətli şirəli steyklər və Royal Palm-da Azərbaycan və Avropa mətbəxinin ən seçmə yeməkləri təqdim olunub
Green City Resort & Residence-in fərqləndirici xüsusiyyəti – onun yalnız nəhəng və yaşıl sahə ilə əhatələnmiş ərazisi və təmiz havası deyil, həmçinin kompleksin sakinləri və istirahət edənləri üçün burada yaşayışı və istirahəti qayğısız və sakit keçirməyə imkan verən yüksək keyfiyyətli xidmətidir.
Kompleksdə uşaqlara da xüsusi diqqət yetirilir – onlar üçün nəzərdə tutulmuş qapalı və açıq hovuzlar, uşaq bağçası və oyun meydançaları var. Həmçinin uşaqların təhlükəsizliyinə tam əmin olaraq onları könül rahatlığı ilə əmanət edə biləcəyiniz yüksək ixtisaslı heyət də var.
Yaşayış və istirahət üçün müxtəlif planlı və sinifli elit mənzillərdən daha yaxşı nə ola bilər?! Kompleksin ərazisində yerləşən bütün əmlaklar icarəyə götürülə və satın alına bilər. İdeal şərait və mütləq komfort – bütün bunlar Green City Resort & Residence-in gələcək qonaqlarını və sakinlərini gözləyir!

•  Satış şöbəsi +994(77)277-74-71

[email protected]

Sakinlərin rahatlığı üçün kompleksdə aşağıda qeyd olunan yaşayış və iaşə sahələri yaradılıb:

  • - Villalar
  • -Otellər
  • -Apartamentlər
  • -Restoranlar
  • -Kafe və barlar
  • -Fitnes və spa mərkəzləri
  • -Gözəllik salonları
  • -Qapalı və açıq hovuzlar
  • -Uşaqlar üçün qapalı və açıq hovuzlar
  • -Şəxsi çimərlik
  • -Akvapark
  • -Çamaşırxana
  • -Amfiteatr
  • -Uşaq klubu
  • -Marketlər
  • -Idman  meydançaları
  • -Yaşıllaşdırılmış ərazi