onlayn rezervasiya

Qeyd: 1 iş günü ərzində əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq

HAQQIMIZDA

Bakı şəhərinin mərkəzinə ən yaxın çimərlikdə - Xəzər dənizinin sahilində hər cür səs-küydən uzaqda yerləşən “Green City”, Azərbaycanda ən böyük modern yaşayış-istirahət komplekslərindəndir. "Green City" yaşayış və istirahət  kompleksi 2010-cu ildə fəaliyyətə başlamışdır. Kompleksin ümumi sahəsi 12 hektar, dənizkənarı sahəsi isə 6 hektar təşkil edir.


"Green City" Kompleksin daxilində: 44 ədəd villa (2 mərtəbəli və 3 mərtəbəli), Fitness və Spa mərkəzi, Market, Kafe, Restoran və Avtoyuma mövcuddur. Green City yaşayış və istirahət kompleksi uzun müddətli yaşayış üçün nəzərdə tutulmuşdur. "Green City" yaşayış və istirahət kompleksi “ FS” şirkətlər qrupunun ən böyük layihələrindən biridir. 

 

 

"Green City"nin gələcək layihələri arasında, sahilkənarı "Green City Seaside" da yer alır.  Bu layihə daxilində 26 ədəd Villa, Böyük restoran, 4 ədəd yaşayış tipli rezidens, 1 otel, uşaq əyləncə mərkəzi və akvaparkın tikintisinə başlanıbdır. Həmçinin "Green City" və "Green City Seaside" birləşdirən yerüstü keçidin tikintisinə başlanılmışdır. 

Ətraflı məlumat üçün Yeni Layihələr bölməsinə baxa bilərsiniz. 

 

 

 

"Green City"də  sizin rahatlığınız üçün ən son xidmətlər ixtiyarınızdadır:

 

  

* 24 saat mühafizə

 

* Kompleks daxili hərəkətin kartla tənzimlənməsi

 

* Suvenir və hədiyyələr dükanı

 

* Kitabxana və qiraət zalı

 

* Fasiləsiz enerji

 

* Peyk anten və TV

 

* Sürətli internet

 

* Səyahət turların təşkili

 

* Təmizlik xidməti

 

İsitmə və soyutma sistemi

 

Avtoyuma

 

24 saat mühafizəli avto dayanacaq

 

Mühafizə kameraları

 

 

"Green" Spa və Fitnes mərkəzi. Açıq və qapalı hovuz, uşaq hovuzu, sauna və buxar otağı, cakkuzi, gözəllik salonu, böyük trenajor zalı, aerobika otağı, velosiped otağı, bilyard, multivitamin "Green Cafe".