onlayn rezervasiya

Qeyd: 1 iş günü ərzində əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq

XƏBƏRLƏR

Velosiped İdmanının BMX növü üzrə Dünya Çempionatı 2018

12.06.2018

5-9 iyun 2018-ci il tarixlərində velosiped idmanının BMX növü üzrə Bakıda Green City otelinin yaxınlığnda yerləşən Velo Parkda keçirilən dünya çempionatı yüksək şəkildə baş tutub. BMX üzrə Dünya Çempionatında  43 ölkədən 1 500-dən artıq idmançı  iştirak edib.

 Velosiped idmanının ən gənc növü sayılan, 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilən və hazırda dünyanın ən populyar idman növləri sırasında yer alan “BMX Racing” üzrə dünya çempionatı mötəbər beynəlxalq idman yarışlarına aiddir. Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci il noyabrın 15-də velosiped idmanının "BMX Racing” növü üzrə Dünya Çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Çempionatın Bakıda keçirilməsi Azərbaycanın dünya idman aləmində nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir..

Green City Otel Olimpiya Oyunları və FIFA Dünya Çempionatı kimi ən nüfuzlu idman yarışları  keçirilən zaman bu prosesi izləməyə gələn turistlər üçün yüksək xidmət göstərməyə hazırdır.  Green City Hotel Azərbaycanda  Bakı şəhərinin dəniz kənarı sahilində yüksək təhlükəsizlik və  hotel fəaliyyətində təklif olunan bütün xidmətləri təklif edir. Green City Hotel  “Bakı 2015” Avropa Oyunları, “Bakı 2017” İslam Həmrəyliyi Oyunları, “Tour d’Azerbaidjan” kimi bütün irimiqyaslı beynəlxalq tədbirlərə yüksək xidmətləri ilə dəstək olmuşdur. Ən populyar idman növlərindən sayılan və gənclərin də çox sevdiyi BMX üzrə Dünya Çempionatının tərəfdaşı olmaq bizə çox xoşdur. Əminik ki, bu yarış da Bakının ev sahibliyi etmiş olduğu növbəti möhtəşəm idman tədbiri olaraq dünya velosiped azarkeşləri tərəfindən yüksək qiymətləndirilmişdir. Təşkilatçalara, xüsusən də uzun illərdir tərəfdaşlıq etdiyimiz Azərbaycan Velosiped İdmanı Federasiyasına Dünya Çempionatının keçirilməsində uğurlar arzu edirik».

“Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq fəxr edirik ki, paytaxtımız Bakı BMX üzrə Dünya Çempionatına bu il ev sahibliyi edir. Dünya gəncləri arasında ən populyar idman növlərindən olan BMX yarışının Bakıda keçirilməsi böyük nailiyyətdir. Bu, Azərbaycanın beynəlxalq velosiped idmanı aləmində tanınması və güclü mövqeyinin olmasına sübut, həm də ölkədə velosiped idman növünün inkişafının göstəricisidir. Bilirsiz ki, belə beynəlxalq idman yarışları partnyorlarsız mümkün olmur. Biz çox şadıq ki, dünyanın ən böyük və ən tanınmış Green City Hotel olaraq BMX üzrə Dünya Çempionatının tərəfdaşıyıq.

Bu ilki çempionatda müxtəlif yaş qrupları üzrə 43 ölkənin 1 500-dən artıq idmançı iştirak etmiş. Proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər yarışmışlar. İyunun 8-9-da isə gənclər və “Elit” kateqoriyasında mübarizə aparan BMX ustaları planetin ən güclülərini müəyyən etmişlər.