onlayn rezervasiya

Qeyd: 1 iş günü ərzində əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq

SPA mərkəzi

SPA mərkəzi

2016cı ildən etibarən Green City Spa mərkəzində beynəlxalq standartlara cavab verən 3 hamam fəaliyyət göstərir: Rus hamamı,Türk hamamı,Fin hamamı

Hamamlarda yemək və içki xidməti Green Kafe tərəfindən həyata keçirilir.

Rus hamamında ənənəvi yapon boçkası və buz hovuzu, eyni zamanda buxar otağı və sauna mövcuddur.Burada yapon boçkasının isti suyu ilə rahatlayan əzələlərinizi buz hovuzunda möhkəmlədəcəksiniz.Huş ağacının yarpaqları sizə rahatlıq bəxş edərək sizi toksinlərdən azad edəcəkdir.Buxar otağı və quru sauna ilə günün yorucu stresindən qurtulacaqsınız.

Geniş imkanlara sahib olan türk hamamı iki hissədən ibarətdir: ənənəvi mərmər göbək daşı və saunadan ibarət olan birinci hissə ,Jakuzzi və oturma qismindən ibarət olan ikinci hissə.Mərmər göbək daşının isidilməsi vaxt tələb etdiyi üçün türk hamamının sifarişi 1 gün əvvəldən alınmalıdır.Burada kisə,köpük və masajla siz özünüzü sultanlar kimi hiss edəcəksiniz.

Modern üslubda inşa edilmiş Fin hamamı öz rəngarəngliyi və imkanları ilə sizləri valeh edəcəkdir.Original italyan istehsalı olan jakuzzi ilə siz dincəldiyinizi hiss edəcəksiniz.Burada fəaliyyət göstərən duz otağı və xüsusi ağacdan hazırlanmış sauna sizi toksinlərdən tamamən azad edəcəkdir.Burada ruhunuzu dincəltmək üçün müxtəlif növ masaj xidmətlərindən yararlana bilərsiniz.